V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu Klinikasının Yoluxucu xəstəliklər şöbəsində respublikanın bütün regionlarından müraciət edən pasientlərdə bakterial və virus mənşəli yoluxucu xəstəliklərin elmi əsaslandırılmış diaqnostikası və stasionar müalicəsi aparılır. Mürəkkəb patologiyası olan pasientlərin müayinəsi, diaqnozun dəqiqləşdirilməsi və müalicəsi üçün İnstitutun aparıcı mütəxəssislərinin iştirakı ilə konsiliumlar keçirilir. Konsiliumlara lazım gəldikdə digər mütəxəssislər də cəlb edilir.
Klinikanın aparıcı mütəxəssisləri respublikanın müəyyən regionlarında geniş yayılmış xəstəliklərlə mübarizədə də iştirak edirlər. Bunun üçün onlar İnstitutun müvafiq Elmi şöbələrinin əməkdaşları ilə birlikdə müəyyən edilmiş plan və qrafik üzrə regionlara ezam edilərək yerli həkimlərlə birlikdə oradakı xəstələrin müayinə və müalicəsində iştirak edirlər. Zərurət yarandıqda xəstələr Tibbi Profilaktika İnstitutunun Klinikasında əlavə müayinə və müalicəyə cəlb olunurlar.