background
banner

Parazitar Xəstəliklər Şöbəsi

Şöbənin əsas vəzifələri

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu Klinikasının Parazitar xəstəliklər şöbəsi respublikada parazitar xəstəliklərin (protozoozların və helmintozların) diaqnostikası, ambulator və stasionar müalicəsi üzrə ixtisaslaşmış yeganə diaqnostika və müalicə şöbəsidir. Mürəkkəb patologiyası olan pasientlərin müayinəsi, diaqnozun dəqiqləşdirilməsi və müalicəsi üçün İnstitutun aparıcı mütəxəssislərinin iştirakı ilə konsiliumlar keçirilir. Konsilumlara lazım gəldikdə digər mütəxəssislər də cəlb edilir.

Klinikanın aparıcı mütəxəssisləri respublikanın müəyyən regionlarında geniş yayılmış xəstəliklərlə mübarizədə də iştirak edirlər. Bunun üçün onlar İnstitutun müvafiq Elmi şöbələrinin əməkdaşları ilə birlikdə müəyyən edilmiş plan və qrafik üzrə regionlara ezam edilərək yerli həkimlərlə birlikdə oradakı xəstələrin müayinə və müalicəsində iştirak edirlər. Zərurət yarandıqda xəstələr Tibbi Profilaktika İnstitutunun Klinikasında əlavə müayinə və müalicəyə cəlb olunurlar.


Şöbənin tibbi heyəti