background
Bioqrafiya

Elvira Ramiz qızı Əliyeva 1967-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur.

1984-1989-cu illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakultəsində təhsil almışdır.

1989-1990-cı illərdə M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər xəstəxanasında həkim-pediatr kimi fəaliyyət göstərmişdir.

1996-cı ildən V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilakta İnstitutunda elmi işçi vəzifəsində çalışmış və Parazitar xəstəliklər üzrə Klinik ordinaturaya qəbul olunub. 1998-ci ildən Parazitar xəstəliklər klinikasında həkim kimi fəaliyyət göstərmişdir.

2019-cu ildən Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda həkim-infeksionist kimi, 2022-ci ildən həmin şöbənin müdiri kimi fəaliyyət göstərmişdir.