V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu Klinikasının Peşə xəstəlikləri şöbəsi respublikada peşə patologiyalarının diaqnostikası, ambulator və stasionar müalicəsi üzrə ixtisaslaşmış yeganə diaqnostika və müalicə şöbəsidir. Mürəkkəb patologiyası olan pasientlərin müayinəsi, diaqnozun dəqiqləşdirilməsi və müalicəsi üçün İnstitutun aparıcı mütəxəssislərinin iştirakı ilə konsiliumlar keçirilir. Konsilumlara lazım gəldikdə digər mütəxəssislər də cəlb edilir.