V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu Klinikasının Poliklinika şöbəsində respublikanın bütün regionlarından müraciət edən pasientlərdə bakterial, parazitar və virus mənşəli yoluxucu xəstəliklərin ilkin müayinəsi, elmi əsaslandırılmış diaqnostikası və ambulator müalicəsi aparılır. Mürəkkəb patologiyası olan pasientlərin müayinəsi, diaqnozun dəqiqləşdirilməsi və müalicəsi üçün İnstitutun aparıcı mütəxəssislərinin iştirakı ilə konsiliumlar keçirilir. Konsilumlara lazım gəldikdə digər mütəxəssislər də cəlb edilir. Zərurət yarandıqda xəstələr Klinikanın müvafiq şöbəsində stasionar müalicəyə cəlb olunurlar.
Poliklinika şöbəsinin aparıcı mütəxəssisləri respublikanın müəyyən regionlarında geniş yayılmış xəstəliklərlə mübarizədə də iştirak edirlər. Bunun üçün onlar İnstitutun müvafiq Elmi şöbələrinin əməkdaşları ilə birlikdə müəyyən edilmiş plan və qrafik üzrə regionlara ezam edilərək yerli həkimlərlə birlikdə oradakı xəstələrin müayinəsi və müalicəsində iştirak edirlər. Zərurət yarandıqda xəstələr Tibbi Profilaktika İnstitutunun Klinikasında əlavə müayinə və müalicəyə cəlb olunurlar.