
Səfərli Həlimə 2010-2015-ci illərdə Azərbaycan Tibb Universiteti-Tibbi Profilaktika fakultəsində təhsil almışdır. 2016-2020-ci illərdə Azərbaycan Tibb Universiteti, Yoluxucu Xəstəliklər üzrə Rezidenturanı bitirmişdir.
2014-2015-ci illərdə MediClub-Həkim Koordinator, 2016-2020-ci illərdə Azərbaycan Tibb Universiteti-Yoluxucu Xəstəliklər Üzrə Həkim Rezident, 2019-2021-ci illərdə A-Group Insurance Company-Tibbi Sığorta Üzrə Mütəxəssis, MediClub-Həkim İnfeksiyonist, Ümumi Praktika Həkimi, Ümumdünya Səhiyyə Təşkilatı Və Avropa İttifaqının Dəstəyilə Keçirilən
“COVİD-19 Vaksinasiyasına Dəstək” Layihəsi-Həkim-Təlimçi, Azərbaycan Tibb Universiteti, Yoluxucu Xəstəliklər Kafedrası-Yoluxucu Xəstəliklər Fənni Üzrə Müəllim vəzifələrində çalışmışdır.
Hal-hazırda V.Y.Axundov Adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Həkim İnfeksiyonist vəzifəsində çalışır.
Müxtəlif xəstəliklərin müalicəsi üzrə 5 illik təcrübəyə malik həkim-infeksionist. Xidmət sahəsinə daxildir virus hepatitləri, cinsi yolla keçən infeksiyalar və ağıllı antibiotik istifadəsi.