
Həsənova Mirvari Malik qızı 23 fevral 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. Orta təhsilini 1993-2003-cü illərdə 43 saylı Nərimanov rayonunda Bağça-Məktəb-Lisey Kompleksində təhsil almışdır. Ali yəhsilini 2003-2009-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsi üzrə almışdır. 2010-cu ildə 3 saylı şəhər kliniki Xəstəxanasında həkim infeksionist kimi interna keçmişdir. Hal-hazırda Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda həkim infeksionist vəzifəsində işləyir.