
Cəfərova Fəridə Elxan qızı 20.07.1995 tarixində Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə 49 saylı intellekt liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə orta məktəbi bitmişdir. Elə həmin ildə Azərbaycan Tibb universitetinin Tibbi - profilaktika fakültəasinə daxil olmuşdur.2018-ci ildə ali təhsilini bitirmişdir .2018-2022 ci illərdə Klinik tibbi merkezdə yoluxucu xəstəliklər ixtisası üzrə rezidentura təhsili almışdır. 2022-ci ilinin dekabr ayindan etibarən V.Y.Axundov adına Elmi-Tədqiqat tibbi-profilaktika institutunun poliklinika şöbəsində həkim-infeksionist vəzifəsində çalışır.