
Sevda Ələsgər qızı Xəlilova 1957-ci ildə anadan olmuşdur. 1975-ci ildə
N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1982-ci ildə
isə institutu bitirmişdir. 1985-1990-cı illərdə Bakı şəhəri, 21 saylı
poliklinikada nevropatoloq kimi fəaliyyət göstərmişdir. 1990-1994-cü illərdə
Respublika Peşə Patologiyası Mərkəzində həkim-ordinator (nevropatoloq)
vəzifəsində çalışmışdır. 1994-1997-ci illərdə Milli Elmi Tədqiqat Tibbi
Profilaktika İnstitutunun Əmək gigiyenası və peşə xəstəlikləri
şöbəsində şöbə müdiri, 1997-2022-ci ilin əvvəllərinədək isə V.Axundov
adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun Peşə xəstəlikləri
klinikasında Baş həkim vəzifəsində çalışmışdır. 2022-ci ildən bugünək
İnstitutun Peşə xəstəlikləri şöbəsində şöbə müdiri vəzifəsində çalışır.
1998-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi , həmçinin
həmin ildə ADNŞ tərəfindən “Təşəkkürnamə” almışdır. 2021-ci ildə
TƏBİB tərəfindən“Fəxri Fərman”la təltif edilmişdir.
2000-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Atestasiya
Komissiyası tərəfindən “Ali dərəcəli həkim-təşkilatçı” statusu təsdiq
edilmişdir.
2012-ci ilin iyun ayında “Civə katodlu elektroliz metodu ilə xlor və soda
istehsalında işçilərin əməyinin gigiyenası və sinir sisteminin vəziyyəti”
mövzusunda dissertasiya müdafiə etmiş (ixtisaslar;“Nevrologiya”,
“Gigiyena”) və fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Bu illər ərzində bir çox yerli və beynəlxalq konfranslarda iştirak etmişdir.
O, son 2021-2023-cü illərdə isə bir sıra vebinarlarda iştirak etmiş , AMEA-
nın Fizika-Riyaziyyat, Texnika Elmləri bölməsinin Ümumi yığıncağının
keçirdiyi iclas, Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən
keçirilən “İşğaldan azad olunmüş ərazilərdə fövqəladə hal riskləri”
mövzusunda Elmi-texniki Konfransda “Ekologi terror, insan ekologiyası və
sağlamlıq” mövzusunda prezentasiya, AMEA-nın Radiasiya Problemləri
İnstitutunun keçirdiyi konfranslarda çıxışlar, Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi-
praktiki konqres, İctimai Səhiyyə Konfransında “Peşə xəstəliklərinin
epidemiologiyası və profilaktikası” mövzusunda prezentasiya etmişdir.
Sevda Xəlilova 2 populyar tibbi kitabın, 1 monoqrafiya, 1 dərslik və 3
metodiki tövsiyyənin müəllifi və həmmüəllifidir. İnstitutun elmi
konfranslarının toplusunda, yerli və xarici jurnallarda 30-dən çox məqalə və
tezisləri çapdan çıxmışdır ki, bunlardan da 4 məqalə impakt faktorlu
jurnallarda dərc edilmişdir (h-indeks).
Sevda Xəlilova “Azərbaycan Respublikasında qeyri infeksion
xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın institut
üzrə görülən işlərə, aparılan seminarlara və hazirlanan təkliflərə cavabdeh
şəxs təyin edilmişdir. “Demoqrafiya”, “Ekologiya və sağlamlıq” Dövlət
Proqramlarında işçi qrupun tərkibində rəy və təkliflər hazırlamışdır. Qəbələ
RLS-da elektromaqnit dalğalarının ətraf mühit, canlı aləm və insanlara
təsirinin öyrənilməsi, ETSN və və Dünya bankının ətraf mühitin civədən
təmizlənməsi və utilizasiyası üzrə aparılan tədqiqatlarda işçi qrupun
tərkibində çalışmışdır. Sevda Xəlilova eyni zamanda BMT-nın 2
proyektində - “Minamata Konvensiyası”na qoşulmaqla bağlı və Stokholm
Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün “Ətraf
mühiti çirkləndirən xlorüzvi birləşmələr”lə bağlı tədqiqatlarda ekspert kimi
iştirak etmişdir.
Elmi və praktiki məlumatlarla bağlı televiziya kanallarında (AzTV və
Spase telekanallarında), qəzetlərdə( Kaspi, Lent.az) və s.çıxışlar etmişdir.
Sevda Xəlilova institutda “Etik komissiya”nın sədr müavini seçilmişdir.
2022- 2023-cü tədris ilində isə ATU-nun “Gigiyena, Epidemiologiya,
Mikrobiologiya və İnfeksion xəstəliklər” bölümü üzrə aprabasiya
komissiyasının üzvü təyin edilmiş, həmçinin “Uşaq-yeniyetmələrin
sağlamlığı və əmək sağlamlığı” kafedrasında “Təcrübədən tədrisə” layihəsi
çərçivəsində çalışmışdır.
Bir sıra sənədlərdə əlavə və dəyişikliklərin aparılmasında iştirak
etmişdir; ƏM, Nazirlər Kabinetinin Qərarları (1, 3, 7, 12, 27 və s.), SN-nin
Qərarları (46, 24/2) və s.