background
Bioqrafiya

1999-2005-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda təhsil almışdır.

Müxtəlif illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitutunda "Kliniki elektrokardioqrafiya" kursu üzrə tematik təkmilləşmə, "Kardiologiya" kursu üzrə ümumi təkmilləşmə, 2022-ci ildə "Kardiologiya" (Modul 7-8) üzrə ümumi təkmilləşmə kurslarını keçmişdir.

2005-2006-cı illərdə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında həkim-interna kimi çalışmışdır. 2006-2008-ci illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.

2008-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun "Peşə xəstəlikləri" klinikasında kardioloq işləyib.

Hal-hazırda həmin institutun "Peşə xəstəlikləri" şöbəsində həkim-kardioloq kimi fəaliyyət göstərir.