Yoluxucu olmayan xəstəliklərin epidemiologiyası bölməsinin elmi fəaliyyət istiqamətini hazırda respublikada əhali populyasiyasında geniş yayılmış, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının Proqramları əsasında ölkədə tədqiq olunması vacib sayılan yoluxucu olmayan (somatik) xəstəliklərin (bədxassəli şişlər, ürək-damar sistemi patologiyaları, qan xəstəlikləri, dayaq hərəkət sistemi xəstəlikləri, endokrin sistemi xəstəlikləri və s.) epidemik yayılma qanunauyğunluqlarının, regional, yaş, cins,mövsümilik və s. kimi bəzi epidemioloji xüsusiyyətlərinin öyrənilməsi, risk amilləri və risk qruplarının müəyyən edilməsi və ehtiyac olduqda epidemioloji proqnozlaşdırılmanın aparılması ilə bağlı elmi tədqiqatları təşkil edir.