background
Bioqrafiya

Səbinə İkram qızı Haqverdiyeva 1973-cü ildə anadan olmuşdur. 1991-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1997-1998-ci illərdə K.Fərəcova adina Elmi-Tədqiqat Pediatriya İnstitutunda internatura kursu keçmişdir.

2001-2018-ci illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsində pediatr-reanimatoloq kimi fəaliyyət gostərmişdir.

2020-ci ilin yanvar ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Kəskin virus və bakterial mənşəli zooantroponoz infeksiyaları laboratoriyasına elmi işçi vəzifəsinə qəbul edilmişdir.

2022-ci ilin fevral ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Epidemiologiya şöbəsinin “Yoluxucu olmayan xəstəliklərinin epidemiologiyası” bölməsinə elmi işçi vəzifəsinə təyin olunmuşdur.

4 elmi məqalənin həmmüəllifidir.