
Fizzə Şamxal qızı Hacizadə 1960-cı ildə anadan olmuşdur. 1979-1986-cı illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.
1978-1981-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəznində geoloji ekspedisiyada fəhlə vəzifəsində çalışmışdır.
1982-1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Zoologiya İnstitutunda fəhlə vəzifəsində çalişmışdir.
1984-cü ildən V.Musabəyov adına Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda laborant vəzifəsində çalışmışdır.
1987-ci ildən həmin institutun “Əhalinin sağlamlıq vəziyyətinin proqnozlaşdırılması” bölməsində baş laborant vəzifəsində işləmişdır.
1990-cı ildən “Riyazi modelləşmə və səhiyyənin təşkili” laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1991-ci ildə “Sosial gigiyena və səhiyyənin təşkili” laboratoriyasinda müsabiqədən keçərək kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir.
1995-ci ildə “Elmi və tibbi-sosial tədqiqatların planlaşdırılması və əlaqələndirilməsi” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1996-cı ildə həmin laboratoriyada elmi işçi vəzifəsinə təyin olunmuşdur.
2010-cu ildən həmin laboratoriyada böyük elmi işçi vəzifəsinə təyin edilmişdir.
2022-ci il fevral ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutun Epidemiologiya şöbəsinin “Yoluxucu olmayan xəstəliklərinin epidemiologiyası” bölməsinə böyük elmi işçi vəzifəsinə təyin edilmişdir.
10-dan çox elmi məqalənin həmmüəllifidir.