background
Bioqrafiya

Sevinc Fəxrəddin qızı Süleymanova 14.11.1975 ildə Bakı şəhərində anadan olmuşdur, azərbaycanlıdır. Tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Süleymanova 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin “Tibbi-biologiya” fakültəsinə daxil olmuş və 1998-ci ildə institutu “həkim-biofizik” ixtisası üzrə bitirmişdir.

Süleymanova Sevinc 1998 - 1999 illərdə V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun (METTPI) “İnfeksion-parazitar peşə xəstəliklərinin diaqnostika və müalicəsində immunologiya, radiobiologiya və maqnitobiologiya metodlarının işlənməsi və tətbiqi” laboratoriyasında kiçik elmi işçi vəzifəsində “həkim-immunoloq” ixtisası üzrə internaturada təhsil almışdır.

1999 - 2000 illərdə həmin laboratoriyada elmi işçi vəzifəsində çalışmışdır.

2000 - 2003 - V.Axundov adına METTPI “epidemiologiya” ixtisası üzrə “Bakterial mənşəli uşaq hava-damcı və bağırsaq infeksiyalarının diaqnostika, müalicə və profilaktika üsullarının işlənməsi və tətbiqi” laboratoriyasında əyani aspirantura keçmiş və 2006-cı ildə elmi işçi vəzifəsində tibb elmləri doktoru D.Y.Qasımovanın rəhbərliyi ilə müvəffəqiyyətlə “Kütləvi vaksinoprofilaktika şəraitində Azərbaycan Respublikasında qızılcanın epidemioloji xüsusiyyətləri” mövzusunda dissertasiya işini müdafiə edərək 2007-ci ildə “tibb üzrə fəlsəfə doktoru” alimlik dərəcəsinə layiq görülmüşdür.

2011-ci ilə kimi V.Axundov adına METTPİ “İmmunoloji və biofiziki tədqiqatlar” laboratoriyasında baş elmi işçi vəzifəsini icra etmişdir.

2011 -2022 - Müsabiqə yolu ilə V.Axundov adına METTPİ “Kəskin virus və bakterial mənşəli zooantroponoz infeksiyaları” laboratoriyasının müdiri vəzifəsinə təyin olmuşdur.

2019-cu ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə «dosent» elmi adına layiq görülmüşdür. 50-dən çox elmi işin o cümlədən, 2 metodik tövsiyənin müəllifidir.

Dosent S.Süleymanova V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Elmi Surasının və K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun nəzdində yaradılan Etik Komissiyanın üzvüdür.

01.02.2022-ci ildən V.Y.Axundov adına ETTPİ-nun “Yoluxucu olmayan xəstəliklərin epidemiologiyası” bölməsinin müdiri vəzifəsində çalışır.