Sənayedə istifadə edilən qida xammalı və istehsal edilmiş qida məhsullarının sanitar-gigiyenik, toksikoloji və mikrobioloji müayinəsi, qida zəhərlənmələri və toksikoinfeksiyaların tədqiqi.
Torpağın, suyun və havanın sağlamlıq vəziyyətini qiymətləndirmək üçün Milli Dövlət Standartlarının (MDS) hazırlanması
Müxtəlif sənaye və istehsalat müəssisələrində çalışan işçilərin sağlamlığının qorunması məqsədilə, faktiki qidalanmanın öyrənilməsi, qəbul olunan qidanın tərkibi və bioloji dəyərinin qiymətləndirilməsi, qida rasionunda zülalların, yağların, karbohidratların, mineral maddələrin, vitaminlərin miqdarı və kaloriliyinin müəyyənləşdirilməsi, rasional menyu cədvəllərinin tərtib edilməsi.
Xəstəxanalarda müalicə olunan şəxslərin pəhriz qidalanmasının nümunəvi menyularının dəyərləndirilməsi.