Müəyyən ərazilərdə ətraf mühitin (torpağın, suyun və havanın) gigiyenik qiymərləndirilməsi, onların çirkləndirilmə mənbələrinin aşkar edilməsi və sağlamlaşdırılması üçün müvafiq təkliflərin hazırlanması.
Torpağın, suyun və havanın sağlamlıq vəziyyətini qiymətləndirmək üçün Milli Dövlət Standartlarının (MDS) hazırlanması
Yeni salınması nəzərdə tutulan yaşayış məskənlərinin (şəhərlərin və kəndlərin) planlaşdırılması, infrastruktur layihələndirilməsi, su-kanalizasiya təchizatı və s. üçün tibbi normativlərin hazırlanması.
Yeni salınması nəzərdə tutulan yaşayış məskənlərinin (şəhərlərin və kəndlərin) ərazilərinin, eləcə də respublika ərazisinə xaricdən gətirilən ərzaq və qeyri-ərzaq məhsullarının radioaktivliyinin qiymətləndirilməsi və radiasiya təhlükəsizliyi üzrə müvafiq tövsiyyələrin hazırlanması.
Yaşayış məskənlərinin gigiyenik diaqnostikası və onların sağlamlaşdırılması üçün müvafiq təkliflərin hazırlanması.