background
Bioqrafiya

Babayeva Aidə 1985-1993-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunu, 1993-1998-ci illərdə Azərbaycan Alimlər İttifaqı Regional Fasiləsiz Təhsil Mərkəzində Embrional Pedaqogika üzrə təhsil almışdır.

1994-1998-ci illərdə Sumqayıt Şəhər Gigiyena Və Epidemiologiya Mərkəzində Bakterioloji Laboratoriyada Laborant, 1998-2001-ci illərdə isə həkim-laborant vəzifəsində çalışmışdır.

2001-ci ildə Bakı Şəhəri V.Axundov Adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun İnsan Bağırsaq Protozoorları Və Helmintozları Laboratoriyasında elmi işçi vəzifəsində çalışıb.

2005-2006-cı illərdə Mərkəzi Klinkada Tüp Bəbək Laboratoriyasında Embrioloq vəzifəsində çalışıb.

Hal-hazırda V.Y.Axundov Adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda böyük laborant vəzifəsində çalışır.

Bir neçə milli jurnallarda dərc olunan məqalələri vardır.