background
Bioqrafiya

Nərminə Emin qızı Fətullayeva 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində biologiya ixtisası üzrə təhsil almışdır. 2001-2003-cü illərdə Bakı Dövlət Universitetində İnsan və heyvan fiziologiyası ixtisası üzrə magistr təhsili almışdır.

2005-2006-cı illərdə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Qrip və Kəskin Respirator İnfeksiyalar laboratoriyasında baş laborant, 2006-2012-cu illərdə Bakterial və Virus Mənşəli Zoonoz İnfeksiyalar laboratoriyasında elmi işçi vəzifəsində çalışmışdır. 2012-2021-ci illərdə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda təsərrüfat işləri üzrə direktor müavini vəzifəsini icra etmişdir.

2021-ci ildə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda İnzibati işlər üzrə direktor müavini vəzifəsinə təyin edimişdir.