
Mən İsayev Ağasəmid Babasəmid oğlu 05 noyabr 1961-ci ildə Şamaxı rayonunun
Ovculu kəndində anadan olmuşam. 1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan
Dövlət Tibb İnstitutunda təhsil almışam. 1986-cı ildə həmin institutu fərqlənmə diplomu
(lenin təqaüdü) ilə bitirmişəm və Elmi Şuranın qərarı ilə “İnsan anatomiyası” kafedrasında
baş laborant kimi əmək fəaliyyərinə başlamışam. 2009-cu ildə “Müxtəlif rejimli fiziki
yük zamanı skelet və ürək əzələsi toxumasında baş verən morfo-funksional dəyişikliklərin
müqayisəli cəhətdən qiymətləndirilməsi” mövzusunda doktorluq dissertasiyası işini
müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşəm. 2012-ci ildə
ATU-nun böyük Elmi Şurasının qərarı ilə kafedranın professoru vəzifəsinə seçilmişəm.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 9 yanvar
2015-ci il tarixli (protokol №01 - R) qərarı ilə mənə professor elmi adı verilib.
Periferik sisnir sisteminin makromikroskopik anatomiyası, ürək-damr sisteminin
morfo-funksional anatomiyası və antropologiya sahəsində elmi fəaliyyətimi bu gün də
aktiv surətdə davam etdirirəm. 150-dən artıq elmi əsərin, o cümlədən 2 tədris-metodiki
vəsaitin, 10 dərs vəsaitinin, 15 dərsliyin və 1 monoqrafiyanın müəllifiyəm.
Elmi-pedaqoji fəaliyyətim dövründə I və II kurslarda təcrübə dərsləri və mühazirələr
aparmışam. ATU-nun nəzdində fəaliyyət göstərən imtahan ekspert komissiyasının, FD
2.08 dissertasiya şurasının, HİK bürosunun, İlkin sənədlərin yoxlanılması komissiyasının
və Dövlət İmtahan Mərkəzinin nəzdində fəaliyyət göstərən rezidentura şöbəsinin imtahan
ekspert komissiyasının üzvü kimi fəaliyyət göstərmişəm. 2010-cu ildə Azərbaycan
Respublikası Həmkarlar İttifaqı Konfederasiyasıinın, 2019-cu ildə isə Azərbaycan Tibb
Universitetinin “Fəxri Fərmanı”na layiq görülmüşəm. 2015-ci ildə aktiv elmi fəaliyyətimə
görə Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmişəm.