background
Bioqrafiya

Akif İrzaxan oğlu Qurbanov 1964-ci ildə anadan olmuşdur. 1982-1988-ci illərdə Azərbaycan Tibb İnstitutunu fərqlənmə ilə bitirmişdir, 1988-1991-ci illərdə Elmi Şuranın qərarı ilə Azərbaycan Tibb İnstitutunun əyani aspiranturasında “Mikrobiologiya” ixtisası üzrə təhsil almış, 1992-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almışdır.

1991-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasında assistent, 1993-2005-cü illərdə baş müəllim, 2005-2011-ci illərdə dosent vəzifələrində çalışmışdır. 2009-cu ildə “Mikrobiologiya” ixtisası üzrə tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildən Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru vəzifəsində çalışır. Çoxsaylı dərslik, dərs vəsaiti, metodik tövsiyyə və digər elmi əsərlərin müəllifidir.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

2012-2019-cu illlərdə Azərbaycan Tibb Universitetinin “Təhsilin Keyfiyyətinin Təminatı və İnnovasiya” şöbəsinin müdiri, 2013-2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasınıın Ekspert Şurasının üzvü olmuşdur. 2016-cı ildən İnfeksion Nəzarət üzrə Avropa Komitəsinin (EUCİC) Məşvərət Şurasının üzvüdür.

2020-cı ildə V.Axundov ad. Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur.