
Salehov Akif Əyyub oğlu 1951-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunda anadan olmuşdur.
1968-1974-cü illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1971-1974-cü illərdə Əziz Əliyev adına Azərbaycan həkimlərin təkminləşmə institutunu sinə cərrahiyə klinikasında tibb qardaşı vəzifəsində çalışmışdır.
1974-1998-ci illərdə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda böyük laborant, aspirant, kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
1996-2002-ci illərdə Müstəqil Azərbaycan Universitetində rektor olmuşdur.
2002-ci ildə Xəzər Universitetində dekan vəzifəsində çalışmışdır.
2002-2008-ci illərdə “Odlar Yurdu” Universitetində prorektor vəzifəsində çalışmışdır.
2008-2009-cu illərdə Bakı Avrasiya Universiteti rektor olmuşdur.
2014-cü ildən indiyədək V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda şöbə müdiri vəzifəsində çalışır.