
Şəhla Nihan qızı Əliyeva 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı Dövlət Universitetinə qəbul olunub, 1991-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ildə BDU nəzdindəki Qızlar Kollecində müəllim vəzifəsində çalışmış, 1992-ci ildə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 1995-ci ildə dissertasiya işi müdafiə edib biologiya elmləri namizədi elmi dərəcəsi almışdir. Hazırda həmin institutda baş elmi işçi vəzifəsində çalışır. 30 elmi məqalə və tezisin müəllifidir.