
Mən, Hüseynova Fatma Hidayət qızı, 1961-ci ildə Gürcüstan SSRİ-nin Marneuli rayonunun Kosalı kəndində ziyalı ailəsində anadan olmuşam. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “Sanitariya və Gigiyena” fakültəsinə daxil olmuş, 1985-ci ildə institutu bitirmişəm. 1986-cı ildə Mərdəkan qəsəbəsində ictimai iaşə həkimi vəzifəsində çalışmışam.
1988-ci ilin iyul ayından Elmi-Tədqiqat Epidemiologiya, Gigiyena və Peşə xəstəlikləri İnstitutunun Malyariya şöbəsinin nəzdində epid. dəstənin həkim-laborantı vəzifəsində çalışmağa başlamışam.
2004-cü ildən “Malyariya, leyşmaniozlar və onların keçiriciləri ilə mübarizə” laboratoriyasına elmi işçi vəzifəsinə keçirilmişəm. 2011-ci ildən seçki yolu ilə həmin laboratoriyaya müdir vəzifəsinə seçilmişəm. Hal-hazırda müdir vəzifəsində işləyirəm.
17 mart 2011-ci ildə keçirilmiş Elmi Şuranın 4 saylı iclasında “Azərbaycanda Malyariyanın Praktik Ləğvindən Sonrakı və Eliminasiyası Dövründə Malyarioloji Vəziyyətin Qiymətləndirilməsi” mövzusu üzrə fəlsəfə doktoru dissertasiya işimin planı təsdiq olunmuşdur.
30 elmi məqalənin, o cümlədən 1 monoqrafiyanın, malyariyanın diaqnostikasına aid tərtib olunmuş atlasın, 1 metodik tövsiyənin həmmüəllifiyəm.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 21 iyun 2019-cu il tarixdən “Epidemiologiya” ixtisası, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşəm.
Azərbaycan Tibb Universitetinin rektoru, professor G.Ç.Gəraybəylinin 03.02.2020-ci il tarixli 44 nömrəli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 21.01.2020-ci il tarixli F-5 saylı əmri ilə təsdiq edilmiş FD 2.28 Dissertasiya Şurası nəzdində - 3202.01 – “Epidemiologiya” ixtisası üzrə Elmi seminarın tərkibinə üzv seçilmişəm.