background
Bioqrafiya

Şəhla Nurəhməd qızı Canəhmədova 1968-ci ildə anadan olmuşdur. 1985 – ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültısinə daxil olmuş, 1991-ci ildə bitirmişdir. 1991-1992-ci illərdə 5 saylı Klinik xəstəxanada internatura keçmişdir. 1992-1994-cü illərdə təyinatla Sumqayıt şəhər Uşaq xəstəxanasına həkim- terapevt vəzifəsində çalışmışdır.

1994-cü ildən V.Y.Axundov adına ET Tibbi Profilaktika İnstitutunda işləyir. 2007-ci ildə t.e.d., professor R.Ə.Çobanovun rəhbərliyi altında “Ubikvitar helmintozların törədicilərinin antihelmint vasitələrə həssaslığının spektri və bu vasitələrin epidemioloji effektivliyinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və 2008-ci ildə Azərbaycan Ali Attestasiya Komissiyası tərəfindən tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən 22.05.2012-ci il tarixli qərarı ilə ona, epidemiologiya ixtisası üzrə dosent elmi adı verilmişdir.

V.Y.Axundov adına ET Tibbi Profilaktika İnstitutunun Parazitar və tropik xəstəliklər şöbəsinin Helmintologiya bölməsinin baş elmi işçisidir.