
Fəxrəddin İsrəfil oğlu Xanmirzəyev 1952-ci ildə anadan olmuşdur.1970-1976 –cı ildə Azərbaycan Tibb İnstitutunu bitirmişdir.1986-1990-cı illərdə Moskva şəhəri Marsinovski adına Tibb Parazitologiya və Tropik Xəstəliklər İnstitutunda “Parazitologiya” ixtisası üzrə təhsil almış,1991-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almışdır.
1980-1986-cı illərdə Azərbaycan Səhiyyə Nazirliyinin Tibbi Parazitologiya və Tropik Xəstəliklər İnstitutunda kiçik elmi işçi ,2015-ci ildən-2022-ci ilin yanvar ayına kimi V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitunda Baş elmi işçi vəzifəsində çalışmışdır.
Hal hazırda V.Axundov adına İnstitutun Problem Komissiyasınin,Elmi Şurasının və Etik Komissiyasının üzvüdür.
2022-ci ildə V.Axundov ad.Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda Helmintologiya bölməsinin müdiri vəzifəsinə təyin olunmuşdur.