
Səkinə Həsənağa qızı Baxşiyeva 1983-cü ildə anadan olmuşdur. 2002-2007-ci illərdə Bakı Dövlət Universitetinin “Biologiya” fakültəsini bitirmişdir.
2004-cü ilin avqust ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun “İnsan helmintozları və bağırsaq protozoozları” laboratoriyasına laborant vəzifəsinə qəbul edilmişdir.
2007-ci ildən V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun “İnsan helmintozları və bağırsaq protozoozları ” laboratoriyasına böyük laborant vəzifəsinə keçirilmişdir. 2015-ci ildən həmin laboratoriyada elmi işçi vəzifəsinə keçirilmişdir.
2022-ci ilin fevral ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Parazitologiya şöbəsinin “Helmintologiya” bölməsinə böyük laborant vəzifəsinə təyin olunmuşdur.