
Mirzəyeva Arzu Eldar qızı 1984-cü ilin iyul ayının 15-də Biləsuvar rayonunda anadan olmuşdur.
2000-ci ildə orta məktəbi bitirib , həmin ildə Azərbaycan Beynalxalq Universitetinin Pediatriya fakültəsinə daxil olmuşdur. 2006-ci ildə Universiteti bitirmişdir.
2007-2008-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasında internatura keçmişdir.
2017-ci ilin 25 Dekabr tarixinde Həkimlərin sertifikasiyasindan keçmişdir.
2018-ci ilin 09 oktyabr tarixindən V.Y.Axundov adına Elmi Tedqiqat Tibbi Profilaktika İnstitutunun , Enterovirus infeksiyaları laboratoriyasında, baş laborant vəzifəsində çalışmağa başlamişdır. 27 mart 2019 - cu ildə həmin laboratoriyada elmi işçi vəzifəsinə təyin olunmuşdur.
2022-ci ilin yanvar ayında həmin institutda struktur dəyişikliyi ilə əlaqədar olaraq Kök hüceyrə və regenerativ tibb bölməsinə elmi işçi vəzifəsinə keçirilmişdir.
2023-cü ilin 8 iyun tarixində həmin institutun Mikrobiologiya şöbəsinin Virusalogiya bölməsinə elmi işçi vəsifəsinə keçirilmişdir.
Bir neça elmi məqalənin həmmüəllifidir.