background
Bioqrafiya

Leyla Məmmədtağı qızı Ələkbərova 1988-ci ildə anadan olmuşdur. 2005-2012-ci illərdə Odlar Yurdu Universitetinin Tibbi-biologiya fakültəsini bitirmişdir.

2014-cü ilin yanvar ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Əmək gigiyenası laboratoriyasina elmi işçi vəzifəsinə qəbul edilmişdir.

2016-ci ilin mart ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun “Bakterial mənşəli kəskin bağırsaq və respirator infeksiyaları” laboratoriyasina elmi işçi vəzifəsinə keçirilmişdir.

2022-ci ilin fevral ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Mikrobiologiya şöbəsinin “Bakteriologiya” bölməsinə böyük laborant vəzifəsinə təyin olunmuşdur.