background
Bioqrafiya

Gülşən Əsgər qızı Həsənova 1980-ci ildə anadan olmuşdur. 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin “Pediatriya” fakültəsini bitirmişdir.

2004-2005-ci illərdə 6 saylı Klinik Uşaq Xəstəxanasında Pediatriya ixtisası üzrə internatura kursu keçmişdir.

2005-ci ilin avqust ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin “Qrip və digər kəskin respirator virus infeksiyaları” laboratoriyasına elmi işçi vəzifəsinə qəbul edilmişdir.

2019-cu ilin dekabr ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun “Bakterial mənşəli respirator və bağırsaq infeksiyaları” laboratoriyasına elmi işçi vəzifəsinə keçirilmişdir.

2022-ci ilin fevral ayından V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Mikrobiologiya şöbəsinin “Bakteriologiya” bölməsinə elmi işçi vəzifəsinə təyin olunmuşdur.