
Heydərova Fəridə Hafiz qızı 1966-cı ildə aprelin 26-da Bakı şəhərində anadan olmuşdur. 1983-1989-cu illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakultəsini bitirmişdir. 1990-1993-cü illərdə təyinatla Sumqayıt şəhəri, 2 saylı uşaq poliklinikasında həkim kardiorevmatoloq vəzifəsində çalışmışdır. 1993-1999-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində “Uşaq xəstəlikləri” ixtisası üzrə klinik ordinaturanı bitirmişdir.
2003-ci ildən V.Y.Axundov adına Milli Elmi - Tədqiqat Tibbi Profilaktika İnstitutunun Qrip və digər kəskin virus mənşəli respirator infeksiyalar laboratoriyasında elmi işçi vəzifəsində çalışmış, 2010 - ci ildə musabiqə yolu ilə həmin laboratoriyada böyük elmi işçi vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə “Mikrobiologiya” ixtisası üzrə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2018-2021-ci illərdə Qrip və digər virus mənşəli respirator infeksiyalar laboratoriyasının müdiri vəzifəsində işləmişdir. Çoxsaylı elmi məqalələrin müəllifi və həmmüəllifidir.
2022-ci ildə V.Y.Axundov adına Elmi - Tədqiqat Tibbi Profilaktika İnstitutunun Bakteriologiya bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir.