background
Bioqrafiya

Paşayeva Xəyalə Bəhman qızı 1982-ci ildə anadan olmuşdur. 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Pediatriya fakultəsini bitirib . 2008-ci ildə Sumqayıt şəhəri 2 saylı Uşaq Xəstəxanasında İnternatura keçib .

01.03.2012-ci ildə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin Enterovirus laboratoriyasında böyük laborant vəzifəsinə təyin olunub. 17.02.2016-ci ildə Qrip və digər kəskin respirator virus infeksiyaları laboratoriyasına elmi işçi vəzifəsinə keçirilmişdir.

2022-ci ilin yanvar ayında həmin institutda sturuktur dəyişimi ilə əlaqədar olaraq Mikrobiologiya şöbəsinin Virusologiya bölməsinde elmi işci vəzifəsinə keçirilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır. Bir neçə elmi əsərlərin həmmüəllifidir.