
Mən Məmmədova Vüqarə Həsən qızı 1984-cü il, yanvarın 4-də Bakı şəhərində anadan olmuşam.
1990-cı ildə Elxan İsmayılov adına 253 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 2001-ci ildə həmin məktəbi bitirmişəm və Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinə daxil olmuşam, 2007-ci ildə universiteti bitirmişəm.
Əmək fəaliyyətinə 2007-ci ildə V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun virusoloji şöbəsində elmi işçi kimi başlamışam.
2018-ci ildə V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin Enterovirus laboratoriyasında müdir vəzifəsinə keçirilmişəm.
Hal-hazırda V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun Mikrobiologiya şöbəsində Virusologiya laboratoriyasında bölmə müdiri vəzifəsində çalışıram.