
Ələzova Könül Salman qızı 20 sentyabr 1983-cü ildə anadan olmuşdur. 2000-ci ildə litseyi bitirib həmin il Azərbaycan Beynəlxalq Universitetinin Pediatriya fakultəsinə daxil olmuşdur.2006-cı ildə institutu bitirmişdir. Neonotoloq ixtisasını götürmüşdür. 2006-2007-ci illərdə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda internatura kursu keçmişdir.
2016-cı ildə Elmi-Tədqiqat Tibbi profilaktika İnstitutunun Qrip və digər virus mənşəli respirator infeksiyalar laboratoriyasında böyük laborant vəzifəsində çalışmağa başlamışdır.2022-ci ilin yanvar ayında həmin institutda struktur dəyişikliyi ilə əlaqədar olaraq Mikrobiologiya şöbəsi,Virusologiya bölməsinə elmi işçi vəzifəsinə keçirilmişdir.
Hal-hazırda bu vəzifədə çalışır.
Bir neçə elmi əsərlərin həmmüəllifidir.