background
Bioqrafiya

Həsənova Gülnar İlham qızı, 1986-cı ildə Neftçala rayonunda anadan olmuşdur.

2004-cü ildə Tofiq İsmayılov adına tam orta məktəbi bitirmişdir.

2004-cü ildə ETM Təfəkkür Universitetinin Tibbi Biologiya fakultəsinə daxil olmuşdur.

2016-cı ildə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Baş laborant vəzifəsində işə başlamışdır.

2017-ci ildə həmin institutda elmi işçi vəzifəsinə keçmişdir.

2022-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditsiya Qaydaları” əsasında akreditasiya olunmuş və tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi və Dövlət Gömrük Komitəsi Tibb Xidmət İdarəsinin birgə təşkilatçılığı ilə “SARS-CoV-2 (COVİD-19) kompleks diaqnostikasına müasir yanaşmalar” mövzusunda həsr edilmiş Beynəlxalq Elmi Konfransda və “SAĞLAM DAVRANIŞ NƏZƏRİYYƏLƏRİ VƏ QEYRİ- İNFEKSİON XƏSTƏLİKLƏRİN PROFİLAKTİKASI” təlimində iştrak etmişdir.

Hal-hazrida V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutuda Həkim-laborant vəzifəsində işləyir.