background
Bioqrafiya

İbrahimxəlilova Aynur Əlövsət qızı 1975-ci ildə Şəki səhərində anadan olmuşdur. 1982-1992-ci illərdə Şəki şəhər 10 saylı orta məktəbdə təhsil almış və gümüş medalla bitirmişdir.

1994-cü ildə ATU-nun tibbi-profilaktika fakuktəsinə daxil olmuş, 1999-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir.

1999-2000-ci illərdə İ.Qədirli adına Su hövzə xəstəxanasında kliniki həkim laborant ixtisası üzrə internatura keçmişdir. 2001-2001-ci illərdə Şəki şəhər 2 saylı poliklinikada həkim laborant vəzifəsində çalışmışdır.

2013-cü ildən V.Y.Axundov adına ETTP İnstitutunun İmmunologiya laboratoriyasında baş laborant,elmi işçi vəzifələrində işləmişdir. 2014-cü ildən Kəskin virus və bakterial mənşəli zooantroponoz infeksiyalar laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. 2022-ci ildən İnstitutun Kliniki laboratoriya şöbəsində həkim laborant vəzifəsində çalışır.

Ölkədaxili və xarici jurnallarda məqalələri çap olunmuşdur. Konfranslarda iştirak etmişdir.