background
Bioqrafiya

Mən, Mərdanova Sevinc Ağasəf qızı 1972-ci il 2 dekabr tarixində Bakı şəhəri, Xətai rayonunda anadan olmuşam.

1980-ci ildə Bakı şəhərinin 194 № li orta məktəbinə daxil olub, 1990-cı ildə bitirmişəm.

1990–1991-ci illər ərzində 2 № li doğum evində işləmişəm.

1991-ci ildə Bakı Dövlət Universitetinə tibbi biologiya-biokimya fakultəsinə daxil olmuşam.

1996-ci ildə təhsilimi bitirib, biokimyacı ixtisasına yiyələnmişəm.

2001-ci ilin iyul ayında V. Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutuna biokimya laboratoriyasına elmi işçi vəzifəsinə qəbul olmuşam.

2006–cı ildən biokimya laboratoriyasında fəaliyyətimi baş elmi işçi kimi davam etdirmişəm.

2020-ci ildən 2022-ci ilə dək biokimya laboratoriyasında laboratoriya müdiri vəzifəsində işləmişəm.

2022-ci ildən indiyə dək V.Y.Axundov ad. ETTP İnstitutun klinik laboratoriya şöbəsində həkim laborant vəzifəsində çalışıram.