background
Bioqrafiya

Məmmədova Sevil Ədalət qızı 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1999-cu ildə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakultəsinə daxil olmuşdur.

2003-2004-cü illər ərzində Bakı şəhəri 5 saylı klinik xəstəxanasında tibb bacısı vəzifəsində çalışmışdır.

2004-2005-ci illərdə həmin xəstəxanada klinik həkim-laborant ixtisası üzrə internatura keçmişdir.

2005-2006-cı illərdə Səhiyyə Nazirliyi Mərkəzi Nəzarət Laboratoriyasında həkim- laborant vəzifəsində çalışmışdır.

2014-2016-cı illərdə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Qrip və digər kəskin respirator infeksiyalar laboratoriyasında elmi işçi vəzifəsində çalişmışdır.

2016-2022-ci illərdə kəskin bakterial və virus mənşəli respirator infeksiyalar laboratoriyasında elmi-işçi kimi çalışmışdır.

2022-ci ildən V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Kliniki laboratoriya şöbəsində həkim-laborant vəzifəsində çalışır.

İnstitutda işlədiyi müddət ərzində bir çox konfrans və təlimlərdə iştirak etmişdir.