background
Bioqrafiya

Camalova Nayibə Kamran qızı 1984-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur.

2003-2008-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almışdır. 2008-2009-cu illərdə Tibb Universitetinin Onkoloji klinikasında internatura keçərək klinik həkim - laborant ixtisasına yiyələnmişdir. 2017-2022-ci illərdə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Viruologiya şöbəsi Enterovirus laboratoriyasında baş elmi işçi kimi çalışmışdır.

2022-ci ildən V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Kliniki laboratoriya şöbəsində həkim-laborant vəzifəsində çalışır.