background
Bioqrafiya

Haxıyeva Aynur Niftalı qızı 06/09/1978 il tarixində Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə ATU-nun Tibbi profilaktika fakultəsinə daxil olmuş, 2000- ci ildə bitirmişdir. 2000-2021-ci illərdə Respublika Dəri Zöhrəvi Dispanserində həkim-intern kimi iş fəaliyyətinə başlamış, həkim-laborant ixtisasına yiyələnmişdir. 2002-ci ildən 2006-cı ilə qədər Səbail rayonu 2 saylı şəhər poliklinikasında həkim-laborant vəzifəsində çalışmış, 2008-ci ildən V.Y.Axundov adına ETTPİ-nin Bakterial mənşəli bağırsaq və respirator infeksiyalar laboratoriyasında müxtəlif illərdə baş laborant, elmi işçi vəzifələrində, 2016-2022- ci illərdə laboratoriyanın müdiri vəzifəsində işləmişdir. 2022-ci ilin fevral ayından V.Y.Axundov adına ETTPİ-nin Klinika şöbəsinin həkim laborantı vəzifəsinə təyin edilmişdir. İş fəaliyyəti dövründə müxtəlif konfranslarda iştirak etmiş, bir çox xarici və yerli elmi jurnallarda çap olunan məqalələrin müəllifidir.