background
Bioqrafiya

Mən Süleymanova Sona Elman qızı 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. 2000- 2011-ci illər ərzində Nəsimi rayonu 240 saylı orta məktəbdə təhsil almışam. 2011-2016-cı illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr pilləsini bitirmişəm. 2017-2019-cu illər ərzində İzmir Ege Universitetində magistr pilləsində təhsilimə davam etmiş və biotexnologiya fakültəsini bitirmişəm. 2020-2022-ci illər ərzində N1 laboratoriyada laboratoriya mütəxəssisi vəzifəsində fəaliyyət göstərmişəm. Həmin laboratoriyada mikroskopiyada sidik ümumi, nəcis ümumi, yaxma ümumi və spermoqramma analizlərinə baxıb nəticələrin sistemə keçirilməsi işini icra etmişəm. Əlavə olaraq depoya materialların sifarişi, qəbulu və lazımi şöbələrə ötürülməsinə nəzarət etmişəm.