background
Bioqrafiya

Babayeva Şəlalə Məşədağa qızı 1966-cı ildə anadan olmuşdur. 1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.

1992-1993-ci illərdə Simaşka adına 1 saylı xəstəxananın kliniki laboratoriyasında laborant vəzifəsində çalışmışdır.

1993-ci ildən V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Malyariyanın profilaktikası laboratoriyasında, 1994-cü ildən isə Diaqnostik preparatlar laboratoriyasında böyük laborant vəzifəsində çalışmışdır.

1995-ci ildə Diaqnostik preparatlar laboratoriyasında kiçik elmi işçi vəzifəsinə keçirilmişdir.

1997-ci illərdə İnfeksion-parazitar peşə xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasında biokimyəvi metodların işlənməsi və tətbiqi laboratoriyasında kiçik elmi işçi vəzifəsinə keçirilmişdir.

2001-ci ildə müsabiqədən keçərək Biokimya laboratoriyasında elmi işçi vəzifəsinə təyin olunmuş, 2021-ci ilə qədər həmin vəzifədə əmək fəaliyyətini davam etdirmişdir.

2022-ci ildən İmmunalogiya şöbəsinin Yoluxucu və yoluxucu olmayan xəstəliklərin klinik immunalogiya bölməsində elmi işçi vəzifəsində çalışır.