background
Bioqrafiya

Qurbanova Günay Vaqif qızı 16 fevral 1981-ci ildə anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsinə qəbul olmuş və 2003-cü ildə həmin fakültəni "kimya-biologiya" ixtisası üzrə bitirmişdir.

2007-2013-cü illərdə orta məktbədə ixtisası üzrə müəllim vəzifəsində işləmişdir.

2019-cu ildə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun İmmonoloji və biofiziki tədqiqatlar laboratoriyasına böyük laborant vəzifəsinə qəbul edilmişdir.

2022-ci ildən həmin institutun İmmunologiya şöbəsinin İmmunodiaqnostika bölməsində baş laborant kimi çalışır.