
Akademik təhsilinin ilk mərhələsi olan bakalavr təhsilini 2013-cü ildə Bakı Dövlət Üniversitetinin Biologiya müəllimliyi ixtisasıyla başlamış və 2017-ci ildə müvəffəqiyyətlə tamamlamışdır. Magistratura təhsilini 2019-2022-ci illərdə Eskişehir Texniki Üniversitesində (Türkiyə) Biotexnologiya ixtisası üzrə bitirmişdir. Bu müddət ərzində çoxsaylı praktik təcrübələr qazanmış, həmçinin elmi işi ilə bağlı çoxsaylı konfranslarda və çıxışlarda iştirak etmişdir. Elmi işi mikrobiologiya, molekulyar biologiya və genetika sahəsiylə bir başa yaxından əlaqəli olub, termofil sianobakteriyalarin antioksidant, enzim və antimikrob təsirlərinin araşdırılması və xarakteristikasını əhatə edir. 2023-cü il may ayının 1-dən etibarən V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda elmi işçi vəzifəsinə təyin edilmişdir.