
Mən Babayev Elxan Fikrət oğlu - 1959-cu ildə Sumqayıt şəhərində anadan olmuşam. 1966-cidə məktəbə getmişəm və 1976-cı ildə orta məktəbi bitirmişəm.
1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakultəsinə daxil omuşam və 1983-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişəm.
1984-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-Üzvi Fiziki-Kimya İnstitutunun aspirantı olmuşam və 1990-cı ildə Təbii birləşmələr əsasında Ixtira edilmiş yeni bioloji aktiv maddələrin qan xəstəliklərinə təsiri mövzusunda dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışam. İxtisasca Bio-üzvi kimyaçıyam.
1988-ci ildə kimyəvi quruluşuna görə dünyada analoqu olmayan yeni bioloji aktiv maddələrə, Moskvada Tibb və Mikrobioloji Sənaye Nazirliyinin Dərman Vasitələrinin Texnologiyası və Təhlükəsizliyi İnstitutu dövlət qeydiyyat nömrəsi vermişdir. 25-dən çox yeni biologi aktiv maddənin müəllifiyəm.
1990-cı ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Epidemioloji, Gigeyena və Peşə Xəstəlikləri İnstitutunun Mikrobiologiya laboratoriyasında (Difteriya), Virusologiya laboratoriyasında (Qripp A), Porozitologiya laboratoriyasında (Dizentiriya Amyob) qarşı yeni bioloji aktiv maddələrin həssaslığı öyrınilmişdir. Müsbət effektlv təsir göstərməklə Azərbaycan Mill Patenti alımşdır.
1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Ali Baş Qərargah Rəisinin əmri ilə farmakoloji ekspert komissiyasının tərkibinə daxil olmuşam. İxtira etdiyim bioloji aktiv maddələrdən 3-ü, güllə yaralanmaları və mina partlayışları nəticəsində baş vermiş qazlı qanqrenalarda, güllə yaralanmaları və mina partlayışları nəticəsində boyun və onurğa fəqərələrinin travmaları nəticəsində neyrotrofiki yəni yataq yaralarının müalicəsində, dərmanların qıtlığı və ehtiyacı olan bir şəraitdə Respublikanın 5 klinikasında - Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında, Respublika Neyro - Cərrahiyyə Klinikasında, Musa Nağıyev adına Təcili yardım Xəstəxanasında, Semaşko adına 1N-li Şəhər Klinikasında və Sumqayıt şəhər Təcili yardım Xəstəxanasında 180-dən çox yaralı əsgər və zabitlər müalicə olunmuşlar. Həmin bioloji aktiv maddələr Azərbaycan Mill Patentini almşdır.
Bütün bu naliyyətlər Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə və Təhlükəsizlik Məsələləri Komissiyasında yüksək qiymətləndirilmişdir.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologia İnstitutunun Parazitologiya laboratoriyasına Koksidoz parazitləri zərərsizləşdirmək sahəsində 2 aspirant müdafiə edərək Azərbaycan Milli Patentini almşdır.
2002-ci ildə yeni ixtira etdiyim bioloji aktiv maddənin ən təhlükəli epidemiya olan və Bakterioloji silahlar siyahısına daxil edilən Vəba (Vibrion Eltor) mikrobunu içməli duda zərərsizləşdirməklə suyu təmiz halda saxlamaq və əhalinin işməli suya olan tələbatını ödəmək üçün Azərbaycanın koordinatoru Mən olmaqla, Gürcüstan və Türkiyə ilə birlikdə NATO Hərbi Elmi Proqramın Qrantını almışıq. Həmin bioloji aktiv maddəyə Azərbaycan Mill Patenti verilmişdir. Qrantın nömrəsi - SST.CLG.979252
2005-ci ildə “Celamik” Göz Lazer Miko-Cərrahiyyə Mərkəzində Demodeks gənələrini zərərsizləşdirmək sahəsində ixtira etdiyim preparat Azərbaycan Mill Patentini və Əmtəə Nişanını almışdır. Həmin preparat Dövlət Farmakopiyasına daxil olmaqla Demodekoz göz xəstəlikliklərində müvəffəqiyyətlə ətbiq olunurlar. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yaninda Dövlət Bayratliq Xidmətinin Rəisinin dəvəti ilə iş birliyimiz olmuşdur. Respublika Baytarliq laboratoriyasında ixtira etdiyim bioloji aktiv maddənin Brusellyoz mikrobuna bakterisid təsiri öyrənildikdən sonra Respublikanın bir çox rayonlarında Bruselyoz xəstəliyinə yoluxmuş 1500-ə qədər iri və xırda buynuzlu heyvanlar maddənin şərti adı “Anti-Brucella” olmaqla müalicə olunmuşlar. Azərbaycan Mill Patenti alınmışdır. Eyni elmi –tədqiqat işi Rusiya Federasiyasının Dağistan Respublikasında aparilaraq Rusiya Federasiyasının Patenti alınmışdır.
Məqalələr və tezislər daxil edilməklə 25-dən çox Azərbaycan Mill Patentinin və 1 Rusiya Federasiyasının Patentinin sahibi və müəllifiyam.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tibbi Elmi-Tədqiqat Profilaktika İnstitutunun Kimyəvi Terapevtik Preparatların Tədqiqat Bölümünün müdiri kimya üzrə fəlsəfə doktoru Elxan Fikrət oğlu Babayev