
Nərgiz Mahir qızı İmamova 1989-cu ildə anadan olmuşdur. 2007-2011-ci illərdə Azərbaycan Tibb Universiteti Əczaçılıq fakültəsindən mezun olmuşdur.
2013-cü ildə İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi Tibbi Mikrobiologiya bölməsində magistratura təhsilinə başlamışdır. Magistratura təhsilini 2017-ci ildə SCI jurnallarında 2 məqalə və 3 konfrans materialı dərc etdirərək başa çatdırmışdır.
2017-2023-cü illərdə Yeditəpə Universiteti Biotexnologiya fakültəsində doktorantura təhsili almışdır. Doktorantura təhsili aldığı müddətdə molekulyar genetika və sitogenetika laboratoriyalarında təcrübə qazanmışdır. Bu müddət ərzində SCI jurnallarında 4 məqale dərc olunmuşdur.
‘Hastane İnfeksiyonları Eğitim Programı’, ‘XII. IUGEN İnternational Molecular Biology and Genetics Student’s Winter School’ və ESCV Workshop ‘Techniques in Clinical Virology’ konfranslarında iştirak etmişdir.
2019-cu ilde ‘Certificate of Animal Use in Experimental Research’ sertifikatı almışdır. Türk Mikrobiologiya Cəmiyyəti və Türkiyə Xəstəxana İnfeksiyaları və Nəzarət Dərnəyinin üzvüdür.
2023-cü ildə V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda Gen tədqiqatları və gen mühəndisliyi bölməsinin müdiri vəzifəsinə təyin olunmuşdur.