
Mətanət Rəşid qızı Rüstəmova 1976-cı ildə anadan olmuşdur.1993-2001-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakultəsini bitirmişdir.
2000-ci ildə V.Y.Axundov adına ETTPİ-nin Yara və İrinli Septik İnfeksiyalar laboratoriyasına laborant vəzifəsinə təyin olunmuşdur.
2012-ci ildən həmin institutun Su Gigiyenası laboratoriyasına baş laborant vəzifəsinə qəbul edilmişdir.
2018-ci ildən həmin institutun İmmunologiya laboratoriyasında elmi işçi vəzifəsinə təyin olunmuşdur.
2022-ci ildən həmin institutun Gen Mühəndisliyi və Biotexnologiya şöbəsinin Vaksin və Nanovaksin bölməsində böyük laborant vəzifəsində çalışır.