background
Bioqrafiya

Maya Nəbi qızı Fərzəliyeva 1967-ci ildə anadan olmuşdur.1985-1990-cı illərdə Bakı Dövlət Universitetini bitirmişdir.1990-cı illərdə Respublika Gigiyena Epidemiologiya Mərkəzində virusologiya laboratoriyasında həkim-virusoloq vəzifəsində çalışmışdır.

1994-1996 cı illərdə V.Axundov adına Milli Elmi Tətqiqat Tibbi Profilaktika İnstitutuna köçürmə yolu ilə virusoloji laboratoriyada kiçik elmi işçi, 1996-2006-cı illərdə virusoloji hepatitlər laboratoriyada elmi işçi vəzifəsində çalışmışdır.2007-2009-cu illərdə həmin laboratoriyada qrup rəhbəri,2009-cu ildə Enterovirus infeksiyaları laboratoriyasında böyük elmi işçi vəzifəsinə təyin olunmuşdur.

2021-ci ildə yeni təşkil olunmuş Gen mühəndisliyi və bio texnologiya şöbəsinin ,,Kök hüceyrə və regenerativ bölməsində’’ hal hazırda böyük elmi işçi vəzifəsində çalışır.