background
Bioqrafiya

Əliyeva Cəmilə 2004-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Tibbi Biologiya fakultəsinə qəbul olmuş, 2009-ci ildə həmin universiteti bitirmişdir. 19.10.2009-cu ildən 19.09.2010-cu ilədək Sumqayıt şəhər 1 saylı xəstəxanasında həkim-laborant kimi internatura kursu keçmişdir. 2011-ci ilin dekabr ayından Y.V.Axundov adina Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin Enterovirus infeksiyaları laboratoriyasında böyük laborant kimi işə başlamışdır. 2016-cı ilin mart ayında həmin laboratoriyada elmi işçi vəzifəsinə təyin olunmuşdur.2022-ci ildə Gen mühəndisliyi və biotexnologiya şöbəsi Kök hüceyrə və regenerativ tibb bölməsi laboratoriyasına elmi işçi vəzifəsinə təyin olunmuşdur. Kök hüceyrə və virusalogiyaya aid nəzəri və praktiki biliklərə yiyələnmişdir.