
Həmzəyeva Mehran Mirzəmehi qızı 1985-ci ildə anadan olmuşdur.
2004-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin biologiya fakültəsinə qəbul olmuş 2009-cu ildə
bitirmişdir.
2006-2014-ci illərdə Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Biokimya
laboratoriyasında laborant vəzifəsində işləmişdir.
2014-cü ildən 2022-ci ilə kimi həmin İnstitutun Qrip və respirator infeksiyaları laboratoriyasında elmi işçi
vəzifəsində işləmişdir.
2022-ci ilin fevral ayından Gen tədqiqatları və gen mühəndisliyi bölməsində böyük laborant vəzifəsində
çalışır.
2023-cü ilin mart ayında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda
laboratoriya işi ixtisası üzrə kurs keçmişdir və həmin ilin iyul ayında həkimlərin sertifikasiyasi
imtahanında iştirak etmiş “laboratoriya işi “ixtisası üzrə sertifikat almışdır.