background
Bioqrafiya

Məmmədova Vüsalə 2012-ci ildə Bakı Dövlət Universitetinin Kimya Fakultəsinə qəbul olmuş, 2016-ci ildə həmin universiteti bitirmişdir. 2016-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye universitetinin magistr pilləsinə daxil olmuş, 2018-ci ildə bitirmişdir. 2018-ci ilin aprel ayında Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitunun İmmunalogiya laboratoriyasında böyük laborant kimi işə başlamışdır. 2022-ci ildə Bionanotexnalogiya laboratoryasında elmi işçi vəzifəsinə təyin olmuşdur. Ölkədaxili beş məqalənin həmmüəllifidir. İmmunologiya və nanotexnologiyaya aid nəzəri və praktiki biliklərə yiyələnmişdir.